Ana Sayfa > Karusel / Hadisə / M2 > Məktəbdən oğurluq edən qardaşlar tutuldu – Foto

Məktəbdən oğurluq edən qardaşlar tutuldu – Foto


9-05-2016, 20:33. Yazar: Xeberaz

Məktəbdən oğurluq edən qardaşlar tutuldu – Foto

Mingəçevir şəhərində oğurluq edən 4 nəfər saxlanılıb.

Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər 2 saylı orta məktəbdən 10-a yaxın kompüter və planşet, printer avadanlığı və rabitə aparatı oğurlayan Mingəçevir sakinləri 27 yaşlı Ənvərpaşa Qasımov, onun 24 yaşlı qardaşı Mirpaşa Qasımov və 27 yaşlı Rüfət Talıbov tutularaq istintaqa təhvil verilib.

Mingəçevir Şəhər Polis Şöbəsinin digər uğurlu əməliyyatı nəticəsində şəhərin müxtəlif ünvanlarında ümumi dəyəri 5 min manatdan artıq olan müxtəlif alət və ləvazimatlar, santexnika cihazları, ev əşyaları oğurlayan Mingəçevir sakini Elşən Mustafayev də saxlanılıb.

Hazırda hər iki fakt üzrə Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Məktəbdən oğurluq edən qardaşlar tutuldu – Foto
Məktəbdən oğurluq edən qardaşlar tutuldu – Foto
Geri dön