Ana Sayfa > Karusel / İdman / M2 > Rusiya yığması AVRO-2016 öncəsi itki ilə üzləşib

Rusiya yığması AVRO-2016 öncəsi itki ilə üzləşib


9-05-2016, 18:50. Yazar: Xeberaz
Rusiya yığması AVRO-2016 öncəsi itki ilə üzləşib

Denis Çerışev zədə üzündən Avropa çempionatını buraxmalı olacaq
Rusiya yığmasının və İspaniyanın "Valensiya" klubunun futbolçusu Denis Çerışev AVRO-2016-dan kənarda qalacaq. "Report"un məlumatına görə, 26 yaşlı hücumçu La Liqanın 36-cı turunun "Vilyarreal"la qarşılaşmasında zədələnib.
Çerışevin sol baldır əzələsində qırıq aşkarlanıb. Həkimlər futbolçunun mayın 17-də əməliyyat olunmasına qərar veriblər. Onun bərpasına ən azı 4 ay lazım gələcək. Beləliklə, Rusiya yığmasının legioneri qitə çempionatı ilə yanaşı, gələn mövsümün startını buraxmalı olacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 8-də start götürəcək.
Geri dön