Ana Sayfa > Karusel / Dünya / M2 > Putin atasının şəkili ilə Qızıl meydanda - Foto

Putin atasının şəkili ilə Qızıl meydanda - Foto


9-05-2016, 18:48. Yazar: Xeberaz

Putin atasının şəkili ilə Qızıl meydanda - Foto
9 May – Qələbə günü münasibəti ilə Rusiyanın paytaxtı Moskvada "Ölümsüz Polk" (Bessmertnıy polk) yürüşü keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin də müharibədə döyüşən atasının fotoşəkili ilə yürüşə qatılıb.

Qeyd edək ki, Rusiyadakı Azərbaycan diasporunun - Ümumrusiya Azərbaycan Konqresinin, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndələri də bu yürüşdə iştirak ediblər. Diasporumuzun yüzlərlə üzvü əllərində Böyük Vətən Müharibəsinin iştirakçısı olan həmvətənlərimizin fotoları və Azərbaycan bayrağı Qızıl Meydana yürüş ediblər.

Yürüşdə Rusiyanın bir sıra regionlarından insanlar iştirak ediblər. Ümumilikdə "Ölümsüz Polk" yürüşündə iştirak edənlərin sayının 800 min nəfərə yaxın olacağı gözlənilir.

Putin atasının şəkili ilə Qızıl meydanda - Foto
Geri dön