Ana Sayfa > Karusel / Dünya / M2 > Hindistanda beynəlxalq yarmarka keçiriləcək

Hindistanda beynəlxalq yarmarka keçiriləcək


9-05-2016, 18:06. Yazar: Xeberaz

Hindistanda beynəlxalq yarmarka keçiriləcək

Yarmarka iyulun 15-18-i tarixlərində təşkil olunacaq
Bakı. 9 may. "Xəbəraz.az " Bu ilin iyulun 15-18-də Hindistanın Tamil Nadu ştatının Koimbator şəhərində bu ölkənin Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı ilə kokos ağacının liflərindən hazırlanan məhsulların beynəlxalq yarmarkası keçiriləcək.
“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) bildirilib ki, yarmarka çərçivəsində alıcılar və satıcıların görüşü təşkil olunacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr yarmarkaya dəvətlidirlər. Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Azpromo"ya müraciət edə bilərlər.
Geri dön