Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ: Cənub Qaz Dəhlizi Avropanın qaz təchizatı üçün əsas alternativ idxal marşrutudur

ABŞ: Cənub Qaz Dəhlizi Avropanın qaz təchizatı üçün əsas alternativ idxal marşrutudur


9-05-2016, 17:36. Yazar: Xeberaz

ABŞ: Cənub Qaz Dəhlizi Avropanın qaz təchizatı üçün əsas alternativ idxal marşrutudur
Amos Hokşteyn: Bu layihəsinin icrası daha ucuz başa gələcək
Bakı. 9 may. REPORT.AZ/ ABŞ Cənub Qaz Dəhlizini (SGC) “Şimal axını-2”yə ən real alternativ kəmər hesab edir. “Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokşteyn (Amos Hochstein) mətbuat üçün keçirdiyi brifinqdə deyib.
ABŞ rəsmisinin sözlərinə görə, SGC layihəsinin icrası daha səmərəlidir və bu kəmərin inşası daha ucuz başa gələcək. O, həmçinin rəsmi Vaşinqtonun “Şimal axını-2” ilə bağlı narahatlığını təkrarlayıb: “ABŞ Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizini “Şimal axını-2”yə ən alternativ kəmər hesab edir. Xorvatiya və Yunanıstanda LNG terminalının tikintisi və Yunanıstanla Bolqarıstan arasında interkonnektorun tikintisinin sürətlənməsi ən yaxşı alternativlərdir”.
Xatırladaq ki, ümumi dəyəri 45 mlrd. ABŞ dolları olan SGC-nin 2019-cu ildə tam fəaliyyətə başlayacağı deyilir.

Geri dön