Ana Sayfa > Karusel / İdman / M2 > Azərbaycan kuboku bu stadionda keçiriləcək

Azərbaycan kuboku bu stadionda keçiriləcək


9-05-2016, 17:18. Yazar: Xeberaz


Azərbaycan kuboku bu stadionda keçiriləcək
“Qarabağ” və “Neftçi” klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Kubokunun final görüşünün yeri müəyyənləşib.

Peşəkar Futbol Liqasından Axar.az-a verilən məlumata görə, kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

25 mayda keçiriləcək görüşdə nominal meydan sahibi “Qarabağ” olacaq.

Final görüşünün başlama saatı ilə bağlı məlumat veriləcək.
Geri dön