Ana Sayfa > Karusel / Gündəm / M2 > İçərişəhərdə “Çöl Qala” təqdim olundu - Foto

İçərişəhərdə “Çöl Qala” təqdim olundu - Foto


9-05-2016, 17:04. Yazar: Xeberaz

İçərişəhərdə “Çöl Qala” təqdim olundu - Foto
İsveçdə yaşayan yazıçı Vahid Qazinin “Çöl Qala” adlı povesti oxuculara təqdim olunub.

"Xəbəraz.az " xəbər verir ki, İçərişəhərdə - “Elman dayının dükanı” kimi tanınan kitab mağazasının önündə baş tutan “Qız Qalasında Çöl Qala” adlı təqdimatı Vahid Qazinin dostları keçiriblər.

Bakı Kitab Klubunun nəşr etdiyi kitabın redaktorları Hikmət Sabiroğlu və İmran Bədirxanlıdır. Kitabın arxa səhifəsində İradə Musayeva və Tehran Əlişanoğlu kimi tanınmış ədəbi tənqidçilərin əsər, müəllif haqda rəyləri yer alıb.

Qeyd edək ki, təqdimatda yazarın dostları - İlham İsmayıl, Mehriban Vəzir, Qulu Məhərrəmli, İradə Musayeva, Gülnar Mənsimli, Vüsalə Məmmədova, İlqar Rəsul, Zöhrab Əmirxanlı çıxış edib, müəllif və əsər haqda fikirlərini bölüşüblər.

İçərişəhərdə “Çöl Qala” təqdim olundu - Foto
Geri dön