Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ və Britaniya hərbçiləri Tiflisə gəldi

ABŞ və Britaniya hərbçiləri Tiflisə gəldi


9-05-2016, 14:59. Yazar: Xeberaz

ABŞ və Britaniya hərbçiləri Tiflisə gəldi

ABŞ və Böyük Britaniya hərbçiləri “Layiqli tərəfdaş-2016” hərbi təlimində iştirak üçün Gürcüstana gəliblər.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Hərbi təlimdə iştirak üçün Gürcüstana 650 amerikalı, 150 britaniyalı hərbçi gəlib. Onları Tiflisə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 4 təyyarə çatdırıb.

Qeyd edək ki, bundan öncə ABŞ və Böyük Britaniyaya məxsus hərbi texnika Gürcüstana gətirilib.

“Layiqli tərəfdaş-2016” hərbi təlimləri mayın 11-dən 26-na qədər davam edəcək.

ABŞ və Britaniya hərbçiləri Tiflisə gəldi
Geri dön