Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Abbasla Zamiq barışdı

Abbasla Zamiq barışdı


14-03-2015, 14:23. Yazar: Xeberaz
Abbasla Zamiq barışdı
Əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynov barışıb.
Xeberaz.az xəbər verir ki ,Axşam.az-ın məlumatına görə, bu haqda A.Bağırov əməkdaşımızla söhbətində deyib:
“Aramızda elə də böyük problem yox idi. İnciklik olmuşdu, ona da son qoyduq”.
Z.Hüseynov isə “Məclislərin birində qarşılaşdıq, salamlaşdıq. Beləcə, küsülülüyə də son qoyuldu. Abbas 104 FM-də “Yanar saat” verilişinin qonağı olmuşdu. Orada hər müğənniyə istədiyi sənətçini qonaq çağırmaq imkanı verilir. O da məni dəvət etmişdi, qatıldım” deyə, bildirib.
Qeyd edək ki, Z.Hüseynov açıqlamasında barışıq üçün ilk addımı atmayacağını demişdi:
“Abbasla uşaqlıqdan dostuq. Amma bundan sonra bilmirəm dost olacağıq, ya yox. Bir-birimizin evində olmuşuq. Arada inciklik var. İlk addımı atmayacam. O da qız bürcündəndir. Hər birimiz ilk addımı qarşı tərəfdən gözləyirik”.
Geri dön