Ana Sayfa > Karusel / Dünya / M2 > Putin hədiyyə vermək istəyirsə... - Geraşenko

Putin hədiyyə vermək istəyirsə... - Geraşenko


9-05-2016, 06:28. Yazar: Xeberaz

Putin hədiyyə vermək istəyirsə... - Geraşenko

Rusiya Prezidenti Vladimir Putinin İkinci Dünya müharibəsinin veteranlarına ən yaxşı hədiyyəsi rus hərbçilərinin Donbasdan çıxması olar.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Ukrayna Ali Radası sədrinin müavini İrina Geraşenko öz Feysbuk hesabında yazıb.

"Bu gün Ukrayna Prezidenti Pyotr Poroşenko həqiqətən Kremli narahat edir. Çünki o, Rusiya əleyhinə kampaniyaların aparılmasına çalışır və buna rəhbərlik edir. Əgər Putin Ukrayna xalqını qələbə münasibətilə təbrik etmək istəyirsə, öz hərbi texnikasını və muzdlu əsgərlərini Donbasdan çıxarsın. Bu, veteranlar üçün ən yaxşı hədiyyə olacaq", - Geraşenko bildirib.

Qeyd edək ki, Putin ötən gün faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə post-sovet ölkələrini təbrik edib.
Geri dön