Ana Sayfa > Karusel / Dünya / M2 > Krım tatarlarından Rusiyaya zərbə

Krım tatarlarından Rusiyaya zərbə


9-05-2016, 06:21. Yazar: Xeberaz
Krım tatarlarından Rusiyaya zərbə

Krım Tatar Xalq Məclisi Avropa Birliyindən Rusiyaya qarşı sanksiyaları gücləndirməyi tələb edib.
"Xəbəraz.az "xəbər verir ki, Məclisin sədri Refat Çubarov Rusiyanın neft sektoruna müvəqqəti embarqoların qoyulmasını istəyib.

"Krım tatarlarına qarşı artan repressiyalar fonunda bizim vəzifəmiz beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sanksiyaları gücləndirməyə sövq etməkdir. Biz SVIFT beynəlxalq şəbəkəsini Rusiyanın bank sektoruna sanksiyalar qoymağa çağırırıq. Eyni zamanda, Rusiyanın neft sektoruna müvəqqəti embarqoların qoyulmasını istəyirik", - Çubarov bildirib.

Qeyd edək ki, Avropa Parlamentinin mayın 12-də Krım tatarları ilə bağlı qətnamə qəbul edəcəyi gözlənilir.
Geri dön