Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Rusiya və Çindən 2,5 trilyonluq pul axını

Rusiya və Çindən 2,5 trilyonluq pul axını


9-05-2016, 00:38. Yazar: Xeberaz

Rusiya və Çindən 2,5 trilyonluq pul axını

Son illərdə Rusiya və Çindən ofşor zonalara 2,5 trilyon dollar pul köçürülüb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə İngiltərənin "Qardian" qəzeti Kolumbiya Universtitetinin professoru Ceyms Henriyə istinadən məlumat yayıb.

Professorun araşdırmasına görə, 2014-cü ilin sonunda Rusiyadan ofşor bölgələrə 1,3 trilyon dollar pul köçürülüb.

Çindən bu zonalara axan məbləğ isə 1,2 trilyon dollar təşkil edib.

Professor məbləğin son illərdə artdığını bildirib.
Geri dön