Ana Sayfa > Karusel / Hadisə / M2 / Foto-fakt > Bakıda bank müdirinin ikinci qatili tutuldu

Bakıda bank müdirinin ikinci qatili tutuldu


24-04-2015, 13:43. Yazar: Xeberaz
Bakıda bank müdirinin ikinci qatili tutuldu
DİN məlumat yaydı.

“Avropa” otelində Azər Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən daha bir nəfər tutulub.

Xeberaz.az Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azər Məmmədovu qətlə yetirib hadisə yerini tərk etmiş Mövlüd Səfərov tutulub.

Qətli törətməkdə şübhəli bilinən Sənan Quliyev aprelin 22-də gecə radələrində tutulub.

Qeyd edək ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

“Zaminbank”ın Nəsimi rayon filialının müdiri olmuş A.Məmmədov məşq edən zaman S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.
Geri dön