Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Rus tankları İstanbuldan keçdi - Video

Rus tankları İstanbuldan keçdi - Video


8-05-2016, 21:05. Yazar: Xeberaz
Rus tankları İstanbuldan keçdi - Video

Rusiya Hərbi Dəniz Donanmasına məxsus KİL-158 gəmisi Bosfor boğazından keçib.

Axar.az Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, gəminin göyərtəsində kamuflyaj edilmiş iki tankın olması diqqətlərdən yayınmayıb.

Səhər saatlarında Mərmərə dənizinə doğru gedən gəmini Türkiyənin Sahil Mühafizə Xidməti və vertolyotlar müşayiət edib.

Qeyd edək ki, tanklar Suriyaya göndərilib.


Geri dön