Ana Sayfa > Karusel / Dünya / M2 > "Dünya müharibəsinin qarşısını almağa çalışırıq"

"Dünya müharibəsinin qarşısını almağa çalışırıq"


8-05-2016, 20:48. Yazar: Xeberaz

"Dünya müharibəsinin qarşısını almağa çalışırıq"
Ukrayna bu gün İkinci Dünya müharibəsi kimi faciələrin qarşısını almaq üçün mübarizə aparır.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Feysbukda Ukraynanın sabiq baş naziri Arseni Yaçenyuk Qələbə günü münasibətilə yazıb.

"Ukrayna hazırda Rusiya işğalına qarşı mübarizə aparmaqla, tək özünün azadlığı və ləyaqətini qorumur, həm də ötən əsrdəki faciənin təkrarlanmamasına çalışır. Sülh, ədalət və fundamental insan hüquqları naminə...", - Yaçenyuk bildirib.

Sabiq baş nazir bütün beynəlxalq ictimaiyyəti İkinci Dünya müharibəsinin baş vermə səbəblərini yada salmağa və bu səhvləri təkrarlamamağa səsləyib.

Geri dön