Ana Sayfa > Karusel / Dünya / M2 > Almaniyadan jurnalistlərin həbsinə - Reaksiya

Almaniyadan jurnalistlərin həbsinə - Reaksiya


8-05-2016, 16:48. Yazar: Xeberaz

Almaniyadan jurnalistlərin həbsinə - Reaksiya

Almaniya Xarici İşlər Nazirliyi türk jurnalistlər Can Dündar və Ərdəm Gülün həbs olunmasını qınayıb.

"Xəbəraz.az " xəbər verir ki, nazirlik sözçüsü hər iki jurnalistin həbsinə görə narahat olduqlarını bildirib.

O, hadisələrin gedişatını diqqətlə izlədiklərini qeyd edib:

“Verilən hökm bizi çox narahat edir. Ölkə olaraq həmişə mətbuat azadlığının tərəfdarı olmuşuq. Məhkəmə prosesinin ilk günlərdən etibarən belə hala gəlməsi bizi çox məyus edir. Bundan sonrakı hadisələri diqqətlə izləyəcəyik”.

Xatırladaq ki, “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündar məhkəmənin qərarı ilə 5 il 10 ay, Ərdəm Gül isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Geri dön