Ana Sayfa > Karusel / Dünya / M2 > Tanınmış jurnalist öldürüldü

Tanınmış jurnalist öldürüldü


8-05-2016, 16:33. Yazar: Xeberaz

Tanınmış jurnalist öldürüldü

Pakistanda tanınmış jurnalist və insan haqları müdafiəçisi Xürrəm Zəki öldürülüb.

"Xəbəraz.az " BBC-yə istinadən xəbər verir ki, Xürrəm Zəki Karaçi şəhərindəki restoranda yemək yeyərkən ona motosikletdən atəş açılıb.

Jurnalistlə yanaşı, onunla birgə yemək yeyən dostu və təsadüfən yoldan keçən bir nəfər də yaralanıb.

O, təriqətçiliyi pisləyən və demokratik və proqressiv dəyərləri təbliğ edən "Gəlin Pakistanı Yaradaq" adlı saytın redaktoru idi.

Pakistandakı Taliban qrupu jurnalistin qətlini öz üzərinə götürüb.

Səbəb jurnalistin İslamabadda Qırmızı məscidin mollasına qarşı kampaniya aparması olub.

Geri dön