Ana Sayfa > Karusel / Dünya / M2 > Hitleri kim öldürüb: ABŞ, yoxsa SSRİ?

Hitleri kim öldürüb: ABŞ, yoxsa SSRİ?


8-05-2016, 15:53. Yazar: Xeberaz

Hitleri kim öldürüb: ABŞ, yoxsa SSRİ?
“Vaşinqton Post” qəzetinin əməkdaşı Maykl Birnbaum 9 May - Qələbə günü münasibətilə Moskvadan hazırladığı reportajda maraqlı faktlar qələmə alıb.

"Xəbəraz.az " xəbər verir ki, Birnbaum İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin ABŞ-da qeyd olunmadığını bildirib.

O, yazısında amerikalıların SSRİ-nin müharibədə elə də böyük rol oynamadığını düşündüklərini yazıb.

Amerikalı jurnalist həmçinin qeyd edib ki, ABŞ əhalisi Hitleri məhz özlərinin məğlub etdiyini, SSRİ-nin isə bu müddətdə, sadəcə, ABŞ-a kömək edən bir dövlət olduğunu zənn edirlər.

Lakin Maykl Birnbaum ABŞ əhalisindən fərqli olaraq, Hitler Almaniyasının devrilməsində SSRİ-nin böyük rol oynadığını yazıb.
Geri dön