Ana Sayfa > Karusel / Hadisə / M2 > Qazaxda ağır qəza – Yaralılar var

Qazaxda ağır qəza – Yaralılar var


8-05-2016, 15:44. Yazar: Xeberaz

Qazaxda ağır qəza – Yaralılar var
Qazax rayonunda ağır yol qəzası baş verib.

Report xəbər verir ki, qəza "VAZ-2107" markalı minik avtomobilinin "KamAZ" markalı yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılardan biri "KamAZ"ın sürücüsü 1953-cü il təvəllüdlü Mübariz Musayevdir. Digər 4 nəfər - 1995-ci il təvəllüdlü Elmir Rafiqli, 1993-cü il təvəllüdlü Orxan Vəliyev, 1994-cü il təvəllüdlü Rəhim İbrahimli, 1994-cü il təvəllüdlü Əmrah Məmmədov isə "Jiquli"də olub. Zərərçəkən şəxslər Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib.
Geri dön