Ana Sayfa > Karusel / Gündəm / Bizim seçim > Ruslar Qarabağ uğrunda döyüşəcək

Ruslar Qarabağ uğrunda döyüşəcək


8-05-2016, 14:00. Yazar: Xeberaz

Ruslar Qarabağ uğrunda döyüşəcək

Biz işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün döyüşə getməyə hazırıq.

"Xəbəraz.az " xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycandakı rus cəmiyyətinin sədr müavini Yuri Zenin deyib.

Təmas xəttində baş verənlərə münasibət bildirən Zenin cəmiyyətin Dağlıq Qarabağ probleminin həllində bir mövqedə olduğunu deyib:

“Biz həmişə Azərbaycanın yanındayıq, bu bizim prinsipial mövqeyimizdir. Biz bu ölkənin bir hissəsiyik. Ruslar həmişə azərbaycanlı qardaşlarının yanında olub. 90-cı illərin əvvəllərində canlarını Azərbaycan uğrunda verən ruslar var idi, onların bir hissəsi təltif olunmuşdu. Biz və orta yaşlı insanlar torpaqlarımızı işğaldan azad etmək üçün döyüşməyə hazırıq”.

Geri dön