Ana Sayfa > Karusel / Gündəm / M2 > Ordumuzun növbəti peşəkar kadrları - Foto

Ordumuzun növbəti peşəkar kadrları - Foto


8-05-2016, 13:51. Yazar: Xeberaz

Ordumuzun növbəti peşəkar kadrları - Foto

Müdafiə nazirinin müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, mərasimdə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Müdafiə nazirinin adından buraxılış münasibəti ilə zabitləri təbrik edib.

Mərasimin sonunda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.
Geri dön