Ana Sayfa > Karusel / Hadisə / M2 > 36 yaşlı Şirvan sakini öz ayaq barmaqlarını kəsib

36 yaşlı Şirvan sakini öz ayaq barmaqlarını kəsib


8-05-2016, 11:50. Yazar: Xeberaz
36 yaşlı Şirvan sakini öz ayaq barmaqlarını kəsib

Şirvan sakini elektrik kəsici aləti ilə ayaq barmaqlarını kəsib.

"Xəbəraz.az "in virtualaz.org-a istinadən məlumatına görə, hadisə şənbə günü axşam saatlarında Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbənin 36 yaşlı sakini Abdullayev Elşən Musayel oğlu elektrik kəsici aləti ilə işləyərkən ehtiyatsızlıqdan ayaq barmaqlarını kəsib. Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə daxil olan yaralının sağ ayaq pəncəsinin 3 barmağı amputasiya edilib.

Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur.
Geri dön