Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya İranın enerji bazarına girir

Rusiya İranın enerji bazarına girir


7-05-2016, 22:56. Yazar: Xeberaz

Rusiya İranın enerji bazarına girir

“Qazprom”un nümayəndə heyəti İranla qaz sahəsi üzrə genişmiqyaslı əməkdaşlığa dair danışıqlar aparmaq üçün yaxın günlərdə Tehrana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani məlumat verib. Onun sözlərinə görə, yaxın bir neçə gün ərzində “Qazprom”un dörd nəfərlik nümayəndə heyəti İrana gedəcək:

“Səfər zamanı onlar İran Milli Qaz Şirkətinin nümayəndələri ilə daha geniş əməkdaşlığa dair müzakirələr aparacaqlar”.

Qeyd edək ki, Rusiyanın “Zarubejneft”, “Qazprom neft” və “Qazprom” şirkətləri İranda fəaliyyət göstərməkdə maraqlı olduqlarını açıqlayıblar.
Geri dön