Ana Sayfa > Karusel / Dünya / M2 > Medvedyev MDB nazirlərinə məktub göndərdi

Medvedyev MDB nazirlərinə məktub göndərdi


7-05-2016, 21:15. Yazar: Xeberaz
Medvedyev MDB nazirlərinə məktub göndərdi

Rusiya baş naziri Dmitri Medvedyev MDB ölkələri, qondarma Cənubi Osetiya və Abxaziya baş nazirlərinə faşizm üzərində qələbənin 71 illiyi münasibəti ilə təbrik məktubu göndərib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti yayıb. Medvedyev məktubunda döyüş meydanlarından çıxmış dostluq və qardaşlığın bundan sonra da ölkələr arasında çoxşaxəli əməkdaşlığın etibarlı əsasını təşkil edəcəyinə əmin olduğunu bildirib. O, həmçinin baş nazirlərdən öz adından bütün Böyük Vətən Müharibəsi iştirakçılarına təbriklərinin çatdırılmasını xahiş edib.

Qeyd edək ki, Azərbaycan da Müstəqil Dövlətlər Birliyinin üzvüdür
Geri dön