Ana Sayfa > Karusel / Dünya / M2 > Saakaşviliyə zərbə: Vaşadze partiya yaradır

Saakaşviliyə zərbə: Vaşadze partiya yaradır


7-05-2016, 18:27. Yazar: Xeberaz


Saakaşviliyə zərbə: Vaşadze partiya yaradır
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ən yaxın adamlarından biri olan Georgi Vaşadze özünə partiya yaradır.

"Xəbəraz.az " xəbər verir ki, bunu Vaşadze öz tərəfdarları qarşısında çıxış edərkən söyləyib. O bu il keçiriləcək parlament seçkisinə yaratdığı yeni partiya ilə qatılacağını bildirib:

“Mən dörd il Vahid Milli Hərəkatın perspektivinin olduğuna inandım. İndisə yeganə perspektiv kimi yeni siyasi partiyanın yaradılmasını görürəm”.

Qeyd edək ki, Vaşadze bir müddət öncə Saakaşvilinin partiyasından ayrılıb. O ayrılığına əsas səbəb kimi partiyanın hazırkı liderləri ilə fikirlərinin uzlaşmamasını göstərib.

Geri dön