Ana Sayfa > Karusel / Dünya / M2 > Keniya 600 min miqrantı küçəyə atır

Keniya 600 min miqrantı küçəyə atır


7-05-2016, 17:35. Yazar: Xeberaz
Keniya 600 min miqrantı küçəyə atır


Keniya hökuməti ölkədəki bütün qaçqın düşərgələrini, o cümlədən 300 minə yaxın insanın sığındığı Dadaabı düşərgəsini bağlayacağını açıqlayıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Keniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Karanca Kibiço məlumat verib.

Onun sözlərinə görə, düşərgələr maddi sıxıntı ucbatından bağlanacaq.

“Düşərgələr həm də “Əş-Şabab” terror qruplaşmasının fəallaşmasında böyük rol oynayır. Bu qərar milli təhlükəsizlik maraqları nəzərə alınaraq verilib”, - nazirlik rəsmisi qeyd edib.

Qeyd edək ki, düşərgələr bağlanarsa, Somalidən gələn təxminən 600 min adam küçədə qalacaq.
Geri dön