Ana Sayfa > Karusel / Hadisə / M2 > Bacısını öldürmək istəyən şəxsə hökm oxunub

Bacısını öldürmək istəyən şəxsə hökm oxunub


7-05-2016, 16:51. Yazar: Xeberaz
Bacısını öldürmək istəyən şəxsə hökm oxunub
Gəncə Ağır Cinayətlər Məhkəməsində bacısını öldürməyə cəhddə təqsirləndirilən Azad Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə A. Alıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Alıyev münaqişə zəminində bacısı Sona Alıyevanı bıçaqlayıb. Onun öldüyünü zənn etdikdən sonra isə polis əməkdaşlarına təslim olub. Həkimlərin səyi nəticəsində S. Alıyeva sağ qalıb.

O, Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə əsasən ittiham edilib.

Geri dön