Ana Sayfa > Karusel / Dünya / M2 > Xocavənddə mitinq: Ermənilər Saakyana qarşı

Xocavənddə mitinq: Ermənilər Saakyana qarşı


7-05-2016, 15:35. Yazar: Xeberaz
Xocavənddə mitinq: Ermənilər Saakyana qarşı
Qarabağda narkotik qaçaqmalçıların rəhbəri olan “prezident” Bako Saakyan və “müdafiə naziri” Levon Mnaçakanyan əleyhinə böyük mitinq keçirilib.
"Xəbəraz.az "xəbər verir ki, Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçiləri aksiyanın Xocavənd rayonunun Hadrut qəsəbəsində baş tutduğunu yazıb.

Mitinqə səbəb içərisində narkotikin daşındığı yük avtomobilinin qəza törətməsi və narkoticarətin yerli əhali tərəfindən ifşa olunmasıdır. Yük maşınının sürücüsü narkotikin Qarabağ “rəhbəri” və “müdafiə naziri”nə aid olduğunu bildirib.

Mitinq iştirakçıları B.Saakyan və L.Mnaçakanyanı satqın adlandıraraq onları xalqa xəyanət etməkdə və cəbhədə ağır vəziyyətin davam etdiyi bir vaxtda narkotik biznesi ilə məşğul olmaqda ittiham ediblər.

Qeyd edək ki, Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən narkotik vasitələrin əkilib-becərilməsi, həmçinin, daşınması üçün istifadə edir.

Geri dön