Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ Yəmənə kəşfiyyatçı göndərdi – İlk dəfə

ABŞ Yəmənə kəşfiyyatçı göndərdi – İlk dəfə


7-05-2016, 13:31. Yazar: Xeberaz
ABŞ Yəmənə kəşfiyyatçı göndərdi – İlk dəfə

ABŞ tarixində ilk dəfə Əl Qaidə ilə mübarizə məqsədi ilə Yəmənə öz hərbçilərini göndərib.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Ceff Devis məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın göndərdiyi kiçik kəşfiyyat dəstəsi yerli qüvvələrə yardım edəcək.

“Hərbçilər Yəmənə təqribən iki həftə əvvəl göndərilib. Onlar hərbi məsləhətçi rolunda çıxış edəcəklər”, - Pentaqon rəsmisi qeyd edib.
Geri dön