Ana Sayfa > Karusel / Hadisə / M2 > Məsciddən oğurluq edilib

Məsciddən oğurluq edilib


7-05-2016, 11:53. Yazar: Xeberaz

Məsciddən oğurluq edilib
Binəqədi rayonunda məsciddən oğurluq edilib.

"Xəbəraz.az " verdiyi xəbərə görə, məsciddə namaz qılan şəxsin pulu oğurlanıb. Rayonun M.Kazımovski küçəsində yerləşən məscidə gələn Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Yadigar Əzizov pencəyini asılqandan asıb dəstəmaz aldıqdan sonra namaz qılmağa başlayıb. Onun namaz qıldığı zaman pencəyinin cibindən 350 manat oğurlanıb. Araşdırma aparılır.














Geri dön