Ana Sayfa > Karusel / Dünya / M2 > Venesuela müxalifətinin lideri öldürüldü - Foto

Venesuela müxalifətinin lideri öldürüldü - Foto


7-05-2016, 10:54. Yazar: Xeberaz


Venesuela müxalifətinin lideri öldürüldü - Foto
Venesuela müxalifətinin liderlərindən olan Herman Mavare Barkisimetor şəhərində qətlə yetirilib.

"Xəbəraz.az " xəbər verir ki, Yeni Zaman Partiyasının sədri olan Mavare başından aldığı yara nəticəsində dünyasını dəyişib.

Hələlik hökumət rəsmiləri müxalif liderin öldürülməsini şərh etməyiblər.

Qeyd edək ki, son günlər Venesuelada iqtisadi böhran pik səviyyəyə çatıb. Bu, ölkə müxalifətinin əhali arasında tərəfdarlarının sayını artırıb. Amerikayönlü siyasətin tərəfdarı olan müxalifət bundan öncə də dəfələrlə sui-qəsd təhdidləri ilə qarşılaşıb.
Geri dön