Ana Sayfa > Karusel / Hadisə / M2 > Sabirabadda ağır qəza - Yaralananlar var

Sabirabadda ağır qəza - Yaralananlar var


7-05-2016, 10:06. Yazar: Xeberaz

Sabirabadda ağır qəza - Yaralananlar var

Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin beş üzvü ağır xəsarətlər alıb.

APA-nın məlumatına görə, hadisə səhər saat 7.00 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 18-ci kilometrliyində, Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb. “Mersedes” markalı, 01 BR 882 dövlət nömrə nişanlı avtomobillə İmişli rayon sakini, 1985-ci il təvəllüdlü Muradov Raqif Ənvər oğlunun idarə etdiyi VAZ 21099 markalı, 30 BF 792 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə VAZ 21099 markalı avtomobilin sürücüsü və sərnişinləri, 1975-ci il təvəllüdlü İmanov Müşkül Yolçu oğlu, 2002-ci il təvəllüdlü İmanzadə Elvin Müşkül oğlu, 2004-cü il təvəllüdlü İmanlı Aysun Müşkül qızı və 1984-cü il təvəllüdlü İmanova Gülarə Ənvər qızı ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb “Mersedes” markalı avtomobilin VAZ 21099 markalı avtomobilin hərəkət zolağına çıxması olub.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Sabirabadda ağır qəza - Yaralananlar var

Geri dön