Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Oyunçu meydanda öldü - Futbolda dəhşət + Video

Oyunçu meydanda öldü - Futbolda dəhşət + Video


7-05-2016, 02:25. Yazar: Xeberaz
Oyunçu meydanda öldü - Futbolda dəhşət + Video
Rumıniyanın “Dinamo” klubunun 26 yaşlı yarımmüdafiəçisi Patrik Ekenqin oyun zamanı ürəyi dayanıb.
"Xəbəraz.az "Rusiya KİV-nə istinadən məlumatına görə, Ekenq “Viitorul”la matç zamanı huşunu itirərək yerə yıxılıb.

Həkimlər onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar. O, xəstəxanaya kardiogen şoku (Kardiogen şoku ürəyin nasos funksiyasının kəskin çatışmazlığı nəticəsində, məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu, ürəyin tamponadası və s. zamanı meydana çıxan kəskin qan dövranı pozğunluğudur. Bu hal potensial olaraq reanimasion tədbirlərlə aradan qaldırıla bilinir, əks təqdirdə beyin ölümü ilə nəticələnir) pozğunluğu ilə çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Geri dön