Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ-da ticarət mərkəzində silahlı insident - 3 yaralı

ABŞ-da ticarət mərkəzində silahlı insident - 3 yaralı


6-05-2016, 23:56. Yazar: Xeberaz
ABŞ-da ticarət mərkəzində silahlı insident - 3 yaralı
ABŞ-ın Merilend ştatında ticarət mərkəzlərindən birində silahlı insident baş verib.

"Xəbəraz.az " Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə “Westfield Montgomery Mall”da qeydə alınıb. Naməlum şəxsin açdığı atəş nəticəsində 3 nəfər yaralanıb. Onlardan 2-nin kişi, 1 nəfərin isə qadın olduğu bildirilir.

Hadisəni törədən şəxs qaçıb.

İnsidentin baş vermə səbəbi haqda məlumat yoxdur.
Geri dön