Ana Sayfa > Karusel / Gündəm / M2 > Vasif Talıbov şəhid zabitlərin ailələrinə ev hədiyyə etdi
Vasif Talıbov şəhid zabitlərin ailələrinə ev hədiyyə etdi6-05-2016, 23:50. Yazar: Xeberaz |
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunub. "Xəbəraz.az " virtualaz.org-a istinadən xəbər verir ki, şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir. Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulub, lazımi kommunal-məişət şəraiti yaradılıb. Qeyd: Fotodakı azyaşlı oğlan mayor Rasim Məmmədovun oğludur. Geri dön |