Ana Sayfa > Karusel / Dünya / M2 > Can Dündara 5 il 10 ay həbs verildi - Amma...

Can Dündara 5 il 10 ay həbs verildi - Amma...


6-05-2016, 23:23. Yazar: Xeberaz
Can Dündara 5 il 10 ay həbs verildi - Amma...
İstanbul 14-cü Ağır Cəza Məhkəməsində “Cümhuriyyət” qəzetinin rəhbəri Can Dündar və Ankara nümayəndəsi Erdem Gülün davası ilə bağlı yekun qərar verilib.
"Xəbəraz.az " Türkiyə mətbuatına istinadən məlumatına görə, Can Dündara “dövlətə dair gizli sənədləri yayımlamaq” maddəsinə görə 5 il 10 ay, Erdem Gülə də eyni maddəyə görə 5 il həbs cəzası verilib.

Bundan sonra Ali Məhkəmədə appelyasiya prosesi olacaq. Əsas qərar Ali Məhkəmənin olacaq.

Hər iki şəxs Ali Məhkəmənin qərarına qədər sərbəst qalacaq.

Xatırladaq ki, Can Dündar və Erdem Gül Milli Təhlükəsizlik Nazirliyinə aid humanitar yardım karvanının dayandırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yaymaqda günahlandırılıblar.

Açar sözlər: Can Dündar - Erdem Gül
Geri dön