Ana Sayfa > Karusel / Gündəm / M2 > 600-dən çox könüllü işlə təmin olundu

600-dən çox könüllü işlə təmin olundu


6-05-2016, 19:19. Yazar: Xeberaz

600-dən çox könüllü işlə təmin olundu

Bu günə qədər 600-dən çox "Asan Xidmət" könüllüsü işlə təmin olunub.

Report-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.

Onun sözlərinə görə, hər bir "ASAN Xidmət" mərkəzinə 80-100 arası könüllü cəlb olunub: "Artıq könüllülərin məktəbi yaradılıb. Könüllülərin iş tapması üçün "ASAN kadr" qurulub. Bu proqram vasitəsilə yalnız dövlət qurumlarında deyil, özəl sektorlar tərəfindən də könüllülərin işə götürülməsi həyata keçirib".
Geri dön