Ana Sayfa > Karusel / Siyasət / M2 > İrfan Siddiq Azərbaycandan getdi

İrfan Siddiq Azərbaycandan getdi


6-05-2016, 16:38. Yazar: Xeberaz

İrfan Siddiq Azərbaycandan getdi
Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən "Xəbəraz.az "-a verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Səfir İrfan Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.
Geri dön