Ana Sayfa > Karusel / Dünya / M2 > “Rusiya yaxın 10 ildə dirçəlməyəcək”

“Rusiya yaxın 10 ildə dirçəlməyəcək”


6-05-2016, 13:23. Yazar: Xeberaz
“Rusiya yaxın 10 ildə dirçəlməyəcək”

Rusiya hökuməti 2020-ci ildən öncə büdcəni balanslaşdıra bilməyəcək.

"Xəbəraz.az " xəbər verir ki, “Blumberq” agentliyinin analitikləri bu fikirdədir.

Agentliyin bəzi analitikləri isə büdcənin balanslaşdırılmasının hətta 2025-ci ilə qədər uzanacağını düşünür. Onların bu fikrə gəlməsinə səbəb Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2017-2019-cu illərdə neftin qiymətini 40 dollardan yuxarı proqnozlaşdırmasıdır.

Rusiya hökuməti isə vergi-büdcə tədbirləri ilə 2019-cu ilə kimi ölkə büdcəsini balanslaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Rusiyanın 2014-cü il üzrə dövlət büdcəsi 428,6 milyard dollar olub. 2016-cı ildə bu rəqəm 207 milyard dollara düşüb. Bu il Rusiya büdcəsində kəsirin 34 milyard dollar olması gözlənilir.
Geri dön