Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ-dan İrana: “Biz dünyanın istənilən yerində...”

ABŞ-dan İrana: “Biz dünyanın istənilən yerində...”


6-05-2016, 12:34. Yazar: Xeberaz

ABŞ-dan İrana: “Biz dünyanın istənilən yerində...”

Vaşinqton Tehranın Hörmüz boğazı ilə bağlı təhdidlərinə reaksiya vermək niyyətində deyil.

"Xəbəraz.az "xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Piter Kuk söyləyib. Onun sözlərinə görə, ABŞ beynəlxalq hüququn izn verdiyi istənilən yerdə uçmağa, üzməyə davam edəcək. O, dünya ticarəti üçün əhəmiyyətli olan bir yolun bağlanmasının Vaşinqton tərəfindən böyük təhdid kimi qəbul ediləcəyini bildirib.

Qeyd edək ki, İran bundan öncə ölkəyə təhdid görəcəyi təqdirdə Hörmüz boğazını bağlayacağını açıqlayıb.
Geri dön