Ana Sayfa > Karusel / Gündəm / M2 > Deputat Qarabağla bağlı 60 ölkəyə səsləndi – Foto

Deputat Qarabağla bağlı 60 ölkəyə səsləndi – Foto


6-05-2016, 12:04. Yazar: Xeberaz
Deputat Qarabağla bağlı 60 ölkəyə səsləndi – Foto

Qənirə Paşayeva Əmmanda Qlobal Forumda Qarabağla bağlı çıxış edib.

İordaniyada keçirilən Qadın Parlament üzvlərinin Qlobal Forumunda iştirak edən millət vəkili Qarabağla bağlı çağırış edərək dünyanın 60 ölkəsindən gəlmiş prezident, baş nazir, spiker, senator və qadın deputatları işğalçı Ermənistanın cinayətlərinə biganə qalmamağa çağırıb.

BMT, NATO, Avropa Parlamentinin yüksək səviyyəli təmsilçilərinin qatıldığı Qlobal Forumdakı çıxışında Q.Paşayeva Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən söz açıb və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib.

Millət vəkili ön cəbhədə baş verən son hadisələr, Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışaraq dünya rəsmilərindən Qarabağ probleminə geniş diqqət ayırmağı tələb edib.

“BMT-nin 4 qətnaməsi 20 ildən artıqdır ki, kağız üzərində qalıb və icra olunmur. 100 minlərlə azərbaycanlı köçkün qadın sizdən dəstək gözləyir”, - deputat qeyd edib.

Q.Paşayeva Qlobal Forum iştirakçılarına Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə “Azərbaycan həqiqətləri” sənədli filmlər kataloqunu da hədiyyə edib. Forumun açılışında Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov da iştirak edib.


Deputat Qarabağla bağlı 60 ölkəyə səsləndi – Foto

Geri dön