Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyədən Rusiyaya şillə kimi cavab

Türkiyədən Rusiyaya şillə kimi cavab


5-05-2016, 21:07. Yazar: Xeberaz

Türkiyədən Rusiyaya şillə kimi cavab
Rusiya rəsmilərinin son dönəmlərdəki açıqlamaları ciddilikdən uzaq və təbliğat xarakterli fəaliyyətləri ilə əlaqədardır.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic rusiyalı həmkarı Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib.

“Türkiyəyə Osmanlı İmperiyasının sonunu xatırladanlar keçmişlərinə nəzər salmalıdırlar. SSRİ-də dünyaya göz açmış şəxslər bu gün Rusiyanın vətəndaşlarıdır. Dolayısıyla, XX əsrdə 3 fərqli dövlət quruluşu yaşamış ölkənin vətəndaşının başqa dövlətlərin süqutu ilə bağlı müxtəlif məsləhətlər verməsi xeyli qəribədir. Türkiyə Cümhuriyyəti 1923-dən bu günə qədər sülh və dostluq siyasəti yürütməkdə davam edir. Müasir günümüzdə belə, qonşularına qarşı aqressiv siyasət yeridənlərin bu cür açıqlamalar verməsini bizim üçün heç bir əhəmiyyət kəsb etmir”, - Bilgic vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın bir müddət əvvəl Türkiyənin xarici siyasəti ilə bağlı səsləndirdiyi fikirləri təqdim edirik:

“Türkiyə hakimiyyəti Osmanlı İmperiyasını bərpa etməyə cəhd edir. Lakin bu imperiyanın sonunun necə olduğunu hər birimiz bilirik. Rəsmi Moskva Türkiyənin siyasətinə uzun müddət səbr edir”.
Geri dön