Ana Sayfa > Karusel / Hadisə / M2 > Ərdoğanın qızı keçmişini “sildirir”

Ərdoğanın qızı keçmişini “sildirir”


5-05-2016, 20:03. Yazar: Xeberaz
Ərdoğanın qızı keçmişini “sildirir”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan internetdə haqqında çıxan xəbərləri sildirir.

"Xəbəraz.az "xəbər verir ki, “Oda TV”nin məlumatına görə, mayın 14-də Pilotsuz Uçan Aparat istehsal edən şirkətin texniki direktoru Səlçuq Bayraqdarla ailə qurmağa hazırlaşan gənc qız Karaköydə “Cleen Sheet” adlı hüquq şirkəti ilə razılaşaraq keçmişdə şəxsi həyatıyla bağlı çıxan xəbərləri arxivlərdən sildirməyə çalışır. Bununla bağlı mətbu orqanlarla əlaqə saxlayan şirkət ““Cleen Sheet” olaraq Süməyya Ərdoğana onlayn etibar mövzusunda xidmət edirik” ifadələriylə özünü tanıdır.

Şirkət S. Ərdoğanın şəxsi həyatı ilə bağlı xəbərlər yayan portallarla əlaqə yaradaraq həmin xəbərləri silməyi xahiş edir. Şirkətin hüquq departamenti xəbərlər silinmədiyi təqdirdə dava açır.

Ərdoğanın qızı keçmişini “sildirir”

Geri dön