Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ tankları Gürcüstana girdi

ABŞ tankları Gürcüstana girdi


5-05-2016, 13:02. Yazar: Xeberaz
ABŞ tankları Gürcüstana girdi

ABŞ-ın M1A2 Abram tankları “Layiqli tərəfdaş” təlimlərində iştirak etmək üçün Gürcüstana gəliblər.

"Xəbəraz.az " xəbər verir ki, Gürcüstan mediası tankların hazırda Vaziani poliqonunda yerləşdirildiyi barədə məlumat yayıb. Hərbi texnika Bolqarıstanın Varna limanından yüklənərək Batumiyə gətirilib.

Qeyd edək ki, təlimlər mayın 11-dən 26-na qədər davam edəcək. Təlimlərdə 1300 hərbçi iştirak edəcək. Onların 650 nəfəri amerikalı, 150 nəfəri britaniyalı hərbçi olacaq.
Geri dön