Ana Sayfa > Karusel / Gündəm / M2 > Erməni mer Qarabağda ayağını itirdi – Foto

Erməni mer Qarabağda ayağını itirdi – Foto


5-05-2016, 12:59. Yazar: Xeberaz
Erməni mer Qarabağda ayağını itirdi – Foto

Vanadzorun keçmiş meri Andranik Harutyunyan Dağlıq Qarabağda ağır yaralanıb.

"Xəbəraz.az "Axar.aza istinadən xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.

Bildirilir ki, Andranik Harutyunyan Dağlıq Qarabağın “Yeğnikner” adlı hərbi hissəsində, ön mövqelərin birində könüllü olaraq döyüşə qatılan zaman ağır yaralanıb.

O, öncə Ağdərə xəstəxanasına aparılsa da, sonra Xankəndi hərbi hospitalına gətirilib. Həkimlərin bildirdiyinə görə, partlayış nəticəsində Harutyunyan bir ayağını itirib. Hazırda vəziyyəti ağırdır.

Qeyd edək ki, Andranikin oğlunun da yüksək rütbəli hərbçi olduğu və sərhədyanı hərbi hissələrin birində xidmət etdiyi bildirilir.

Erməni mer Qarabağda ayağını itirdi – Foto
Geri dön