Ana Sayfa > Karusel / Gündəm / M2 > Gəncədə bomba partlayışı ilə bağlı açıqlama – Rəsmi

Gəncədə bomba partlayışı ilə bağlı açıqlama – Rəsmi


5-05-2016, 11:35. Yazar: Xeberaz

Gəncədə bomba partlayışı ilə bağlı açıqlama – Rəsmi
Daxili İşlər Nazirliyinin (DİN) Gəncədə baş verən qumbara partlaması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN-dən Axar.az-a verilən məlumatda bildirilib ki, mayın 5-də saat 03:00 radələrində Gəncənin E.Allahverdiyev küçəsində yerləşən çayxanada şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhərrəm Əhmədov, oğlanları Nəriman və Sərxan, qohumları Taleh Əhmədov, Ayxan Mirzəyev, Orxan Mirzəyevlə həmyerliləri Ramiz Quliyev və onun dostları - Yalçın Quliyev, Elşən Abdullayev və Sadiq Əhmədov arasında münaqişə baş verib.

Bu zaman M.Əhmədov özü ilə gətirdiyi F-1 tipli əl qumbarasından istifadə edərək partlayış törədib, nəticədə özü və T.Əhmədov hadisə yerində ölüb, Nəriman Əhmədov, Sadiq Əhmədov və Orxan Mirzəyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Gəncə Şəhər Baş Polis İdarəsi və Prokurorluğunun, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış Yalçın Quliyev saxlanılıb, Ramiz Quliyevin tutulması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Geri dön