Ana Sayfa > Karusel / Dünya / M2 > Prezident bütün türkmənlərə istirahət verdi

Prezident bütün türkmənlərə istirahət verdi


5-05-2016, 11:13. Yazar: Xeberaz


Prezident bütün türkmənlərə istirahət verdi
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov mayın 5-nin qeyri-iş günü elan edilməsilə bağlı sərəncam imzalayıb.

"Xəbəraz.az " xəbər verir ki, bütün dövlət və özəl müəssisə və təşkilatlara verilən təlimatı yerinə yetirmək tapşırılıb.

Sərəncam bədən tərbiyəsi və idmanın təbliği prinsiplərinin fəal həyata keçirilməsi məqsədilə imzalanıb.

Aprelin 5-dən mayın 5-nə kimi ölkədə “Sağlamlıq və xoşbəxtlik” bədən tərbiyəsi-idman və mədəni-sağlam həyat tərzi aksiyası və “Türkmənistan – sağlamlıq və yüksək ruh” spartakiadası adlı kütləvi tədbirlər keçirilmişdi.

Geri dön