Ana Sayfa > Karusel / Hadisə / M2 > Salyana gələn qonağı bıçaqladılar

Salyana gələn qonağı bıçaqladılar


5-05-2016, 11:04. Yazar: Xeberaz

Salyana gələn qonağı bıçaqladılar
Salyanda bıçaqlanma hadisəsi baş verib.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, hadisə Salyan şəhəri Tale Davudzadə küçəsində qeydə alınıb.

Belə ki, Biləsuvar rayonunun Ovçudərə kənd sakini, 27 yaşlı Samir Ziyafət oğlu Əliyev həmin ünvanda yaşayan bibisigilə qonaq gəlib. Axşam saatlarında naməlum şəxs tərəfindən isə sağ və sol kürək nahiyəsindən, sol körpücük altından 3 bıçaq zərbəsi alıb. Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön