Ana Sayfa > Karusel / Gündəm / M2 > Kənan Hacı: “Ramiz Rövşənə böhtan atmaram”

Kənan Hacı: “Ramiz Rövşənə böhtan atmaram”


5-05-2016, 10:40. Yazar: Xeberaz
Kənan Hacı: “Ramiz Rövşənə böhtan atmaram”
“Yafəs Türksəsin bu gün verdiyi müsahibədə mənim adımdan səsləndirdiyi fikirlər ağ yalandır. Mən o qədər qeyri-ciddi adam deyiləm ki, bu cür sözlər deyim”

Bunu açıqlamasında yazıçı Kənan Hacı bildirib.

Kənan Hacı deyib ki, Ramiz Rövşəni Azərbaycanın ən böyük şairlərindən, ziyalılarından biri sayır: “Onun dürüstlüyü, təmizliyi, halallığı ondan sonra gələn bütün ədəbi nəsillər, o cümlədən bizim nəsil üçün bir nümunədir. Ölkəmizin, xalqımızın ən böyük ziyalılarından birinə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmıram. Mən o əxlaqın, tərbiyənin yiyəsi deyiləm”.

Xatırladaq ki, şair Yafəs Türksəs aznews.az-a veridiyi müsahibədə Kənan Hacının adından bunları bildirib: “O gün Kənan Hacı mənə deyir ki, adını çəkmək istəmədiyim məmurlardan biri Ramiz Rövşənə beş min pul verdi”(sim.sim.az)

Geri dön