Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Milanda Madrid derbisi olacaq - Yenilənib+Video

Milanda Madrid derbisi olacaq - Yenilənib+Video


5-05-2016, 03:27. Yazar: Xeberaz
Milanda Madrid derbisi olacaq - Yenilənib+Video
Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasının yarımfinal mərhələsində “Real” (Madrid) – “Mançester Siti” qarşılaşır.

“Qafqazinfo”nun məlumatına görə, artıq komandaların heyətləri də müəyyənləşib.

“Real”: Navas, Pepe, Ramos (k), Kroos, Beyl, Marselo, Karvaxal , Ronaldo, Xese, Modriç, İsko

Ehtiyat oyunçular: Kasilya, Varan, Xames Rodriqes, Kovaçiç, Lukas Vazqez, Mayoral, Danilo

“Mançester Siti”: Co Hart, Sanya, Kompani (k), Fernando, Aquero, Xesus Navas, De Bruyne, Klişi, Fernandinyo, Otamendi, Ture

Ehtiyat oyunçular: Kaballero, Sterlinq, Kolarov, Delf, Boni, Mangala, İxeanaço.

Qeyd edək ki, finala vəsiqə qazanan ilk komanda “Atletiko”dur.

***

Oyunun 20-ci dəqiqəsində “Mançester Siti”nin futbolçusu Fernando avtoqolla rəqibin hesabına qol yazdırır.

***

Oyunun 36-cı dəqiqəsində “Real”ın futbolçusu Pepe ikinci qolu vursa da, oyundan kənar vəziyyət qeydə alan hakim qolu hesaba almır.

***

Oyun 1:0 “Real”ın qələbəsi ilə başa çatır. Və məhz bu komanda finala çıxır.
Geri dön